...

BDU tələbəsi dünya çempionu oldu

Cəmiyyət Materials 1 May 2023 19:20 (UTC +04:00)
BDU tələbəsi dünya çempionu oldu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsinin "gənc idmançılar" kateqoriyasında 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb.

Trend xəbər verir ki, bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, Talıb Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin II kurs tələbəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti