...

“Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 2 May 2023 13:19 (UTC +04:00)
“Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, əvvəlcə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş olunub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsindəki xidmətlərindən, o cümlədən milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə verdiyi töhfələrdən danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü Şahlar Əsgərov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominovun müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi barədə çıxışları dinlənilib.

Sonra Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə din xadimləri və dini icma üzvləri arasında elan etdiyi “Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli” mövzusunda yazı müsabiqəsinin nəticələrini açıqlayıb. Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun yeniyetmə və gənclər arasında keçirdiyi “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi barədə isə Fondun icraçı direktoru Mehman İsmayılov danışıb. Sonda qaliblər mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti