Bakı. Trend:
Ramazan bayramı ilə əlaqədar müsəlman dövlətlərindən eləsi var 5 gün, bəziləri 7 gün tətil edir. Azərbaycanda isə bu, iki gündür.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bu il Ramazan bayramı ərəfəsində bayram namazının vaxtı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanda ənənəvi bayramlar müvafiq tətil günləri verirli:
"Bu o demək deyil ki, məsciddə keçiriləcək tədbir başqa günləri əhatə etməlidir. Biz ölkənin dini qurumunun çıxardığı fətvanı əsas götürməliyik. Əgər hansısa imam öz ölkəsinin dini qurumunun fətvasını yerinə yetirmirsə, düz edir? O zaman ona sual verin ki, o kimin fətvasını yerinə yetirir? Hər bir ölkənin öz dini qurumu, bizdə də QMİ və Qazılar Şurası mövcud vəziyyəti qiymətləndirib fətva verir. QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur. O dinlə əlaqədar tələblərə uyğun fətva verir. Bu, şəriət qaydalarını əhatə edir. Əgər QMİ-nin tərkibində olan qurum buna əməl etməsə, ziddiyyət yaranmazmı? Dövlət heç vaxt məsciddə, kilsədə ayinlərin necə idarə edilməsinə müdaxilə etmir. İstənilən dində özlərinin rəhbər qurumu var və onların qərarına əməl edilməlidir".