...

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda meşə örtüyünə az zərər verilməsi üçün tunel tikiləcək

Cəmiyyət Materials 11 May 2023 17:41 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisində meşə örtüyünə daha az zərər verilməsi üçün tunel tikiləcək

Trend xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə layihə icraçısı - “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib.

Onun sözlərinə görə, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinin birinci layihəsinin ilk variantında tunel tikilməsi nəzərdə tutulmamışdı.

"Ancaq sonradan meşə örtüyünə zərər verilməməsi, yaşıllıqlara ziyan vurulmaması üçün tunel tikilməsi qərara alındı və bununla da yaşıllıq zonasının saxlanılması və qorunması tələbi yerinə yetirildi- deyə o qeyd edib", - deyə N. Əliyev qeyd edib.

Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti