...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 12 May 2023 16:54 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 131 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 84, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 017, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 686, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 190 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti