Bakı. Trend:
Azərbaycanda 5 rayonda psixi sağlamlıqla bağlı layihə həyata keçirilib.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.
O bildirib ki, bu layihələr Bərdə, Tərtər, Ağcabədi, Füzuli və Ağdam rayonlarında reallaşdırılıb.
ÜST-nin Azərbaycandakı nümayəndəsi bildirib ki, layihənin keçirilməsində məqsəd psixi sağlamlıq sahəsində həkimlərin təməl bilgilərinin artırılması olub.