...

"Azərbaycanım" VI Respublika Uşaq Rəsm Festivali keçirildi (FOTO)

Cəmiyyət Materials 31 May 2023 18:35 (UTC +04:00)
"Azərbaycanım" VI Respublika Uşaq Rəsm Festivali keçirildi (FOTO)

Bakı. Trend:

“HEYDƏR ƏLİYEV İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən "Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirildi.

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açaraq tədbir iştirakçılarını salamladı.

Söz alan Xətai rayon İcra başçısının müavini Rafiq İsayev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Neft –Kimya Prosesləri İnstitunun direktoru,akademik Vaqif Abbasov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı, professor Ağəli İbrahimov, Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyatxan Əliyev, Xətai Sənət Mərkəzinin direktotu Zahid Əvəzov öz ürək sözlərini festival iştirakçıları ilə bölüşdülər.

Tədbirin bədii hissəsi Xətai rayonunun müxtəlim musiqi kollekiflərinin çıxışları ilə davam etdi. Rəssam Cəlal Ağayevin fesival iştirakçıları üçün nəzərdə tutulmuş master klası ilə davam etdi.

Festival hər yaş qrupu üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması və təntənəli bağlanışla başa çatdı.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində mövzusu “Güllər” olan uşaq yaradıcılıq müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir vəhər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq festivala dəvət olunmuşdur

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti