...

Müğənni Tünzalə Ağayeva DOST Mərkəzinin benefisiarlarının rəsm flaşmobuna qoşulub (FOTO)

Cəmiyyət Materials 2 İyun 2023 21:26 (UTC +04:00)
Müğənni Tünzalə Ağayeva DOST Mərkəzinin benefisiarlarının rəsm flaşmobuna qoşulub (FOTO)

Bakı. Trend:

Müğənni, bəstəkar, xalq artisti Tünzalə Ağayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Müğənni Mərkəzdə müxtəlif xidmət istiqamətləri üzrə fəaliyyət göstərən studiyalarda təlim prosesini izləyib. Xalçaçılıq sahəsində qabiliyyətini sınayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaq repertuarından sevilən mahnıları Mərkəzin istedadlı musiqiçilərinin ifasında dinləyib, gitaraçılarla birgə mahnısından bir hissə səsləndirib.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzin həssas əhali qruplarına aid olan azyaşlı benefisiarları üçün rəsm flaşmobu təşkil edilib.

Tünzalə Ağayeva Mərkəzin heyəti və benefisiarlara qoşularaq, flaşmobda iştirak edib və “əl izi”ni molbert üzərindəki tabloya köçürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti