...

Qazaxda çətənə kolları məhv edilib

Cəmiyyət Materials 6 İyun 2023 08:44 (UTC +04:00)
Qazaxda çətənə kolları məhv edilib

Bakı. Trend:

Qazaxda çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan, 12 min 500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti