...

Bakıda II İllik Beynəlxalq İngilis Dili üzrə Təlim Konfransı başa çatıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2023 16:20 (UTC +04:00)
Bakıda II İllik Beynəlxalq İngilis Dili üzrə Təlim Konfransı başa çatıb (FOTO)

Bakı. Trend:

İyunun 16-da ABŞ səfirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin nümayəndələri 500-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün iki günlük seminar və konfransın açılışını ediblər.

ABŞ səfirliyindən Trend-ə verilən məlumata görə, “İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar” adlı konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 14 həftəlik Magistr səviyyəsində onlayn İngilis Dili Təlim Sertifikat Proqramının üçüncü buraxılışının kulminasiya nöqtəsidir.

Tədbir Azərbaycanın bir sıra regionlarından olan müəllimləri bir araya gətirdi və iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmyaşıd pedaqoqların peşəkar şəbəkəsini qurmaq üsullarını inkişaf etdirmək imkanı oldu. Onlar, həmçinin kommunikativ təlim metodları, sinifdə texnologiyadan istifadə, kurrikulumun hazırlanması kimi mövzuları müzakirə ediblər.

2020-2022-ci illərdə təxminən 200 azərbaycanlı ingilis dili müəllimi, bu il isə, daha 100 nəfər proqramı başa vurub. Tədbirdə Azərbaycanın orta məktəblərindən bir neçə digər ingilis dili müəllimləri də iştirak etmişlər, onların çoxu ABŞ səfirliyinin digər ingilis dili proqramlarından faydalanmışdır. ABŞ səfirliyi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə və insanların insanlarla əlaqələrinə töhfə verməklə Azərbaycanda ingilis dili proqramlaşdırmasını dəstəkləmək imkanından məmnun olduqlarını bildirib və ölkənin müəllim korpusu arasında bu peşəkar inkişaf imkanlarına olan motivasiyanı vurğulayıb.

Açılış nitqi ilə çıxış edən Mədəniyyət məsələləri üzrə müşavir Salman Hacı proqramın məzunlarını alqışladı və iştirakçıların Azərbaycan məktəblərində ingilis dilinin tədrisinin yaxşılaşdırılması istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirdi: “Mən çox şadam ki, Şimali Karolina Universitetini bitirmiş 100 müəllim-şagirddən çoxu bu gün buradadır. İngilis dilini bilmək mühüm bacarıqdır və Azərbaycanın gələcək nəslini qlobal səhnəyə çıxarmaq üçün sizin rolunuz çox vacibdir. Amerika universitetlərindən birində magistratura kursunu bitirmək də böyük nailiyyətdir və siz öz əla işinizlə fəxr etməlisiniz”.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov əlavə edib: “Azərbaycanın ümumi təhsil sistemində 10 minə yaxın ingilis dili müəllimimiz var. Hazırda Təhsil İnstitutu əvəzsiz beynəlxalq təcrübələlərdən istifadə edərək ingilis dili dərsliklərinin yenilənməsi ilə məşğuldur. Buna görə də müəllimlərimizin yenilənmiş dərsliklərdəki məzmunu effektiv şəkildə şagirdlərə ötürərək tədris etməkləri üçün lazımi bacarıqlara malik olmaqlarını təmin etmək mütləq zərurətdir. Ona görə də ingilis dili müəllimlərinin təkmilləşdirilməsi sahəsində son üç ildə görülən işlər mühüm əhəmiyyət kəsb edir. Biz ingilis dili müəllimlərimizin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş birgə səyləri dərindən qiymətləndiririk”.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal qeyd etdi: “Ölkədə təhsilin inkişafına hər zaman dəstək olan bir qurum olaraq, ADA Universitetində İkinci İngilis Dili Təlim konfransına ev sahibliyi etməkdən məmnunuq. Müəllimlərin bu təlim vasitəsilə əldə etdikləri təkmil dil bilikləri, metodologiya və tədqiqat bacarıqları onların sinif otaqlarında minlərlə şagirdə böyük təsir göstərəcək”.

Şimali Karolina Dövlət Universitetində qlobal təhsil və məşğulluq üzrə prorektoru Maykl Bustl bütün iştirakçıların səylərini alqışladı: “Azərbaycanda gələcək nəslin tədrisində həvəsiniz, yaradıcılığınız və yorulmaz enerjiniz üçün bütün Azərbaycan müəllimlərinə təşəkkür edirəm. Gənclər ingiliscə danışmağı öyrənənədə və yaxşı danışanda bu, onlara dünyanı açır. Biz, Şimali Karolina Dövlət Universiteti olaraq sizin cəmiyyətinizi və dünyamızı daha yaxşı bir yerə çevirmək üçün bizə töhfə vermək fürsətini yaratdığınıza görə minnətdarıq”.

ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu uğurlu layihəni dördüncü dəfə 2023-cü ildən 2024-cü ilə qədər davam etdirmək niyyətindədir.  Bu tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələndi və Azərbaycanın bütün təhsil sektorunda ingilis dilində səlis danışıq səviyyəsini artırmaq məqsədini dəstəklədi.  ABŞ səfirliyinin bu və digər ingilisdilli proqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında uğurla iştirak etmiş və digər diqqətəlayiq nailiyyətlər əldə etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti