...

Komitə sədri dərman şirkətlərinə çağırış edib

Cəmiyyət Materials 20 İyun 2023 12:54 (UTC +04:00)
Komitə sədri dərman şirkətlərinə çağırış edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dərman vasitələrinin ölkəyə gətirilməsi və sertifikasiya məsələsinin sadələşdirilməsindən idxalçı şirkətlər sui-istifadə etməməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

O qeyd edib ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər bir çox narahatlıqları həll edəcək.

“Lakin müəyyən sadələşmələr gərək keyfiyyətə mənfi təsir etməsin. Əvvəl gətirilən dərman vasitələri aylarla gözlənilirdi, indi isə sənədləşmə işləri bir neçə gün çəkəcək. Ona görə də bundan istifadə edib idxalçı şirkətlər keyfiyyətsiz dərmanları ölkəyə gətirməməlidir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti