...

Daha bir dövlət qurumunun iş strukturu dəyişir

Cəmiyyət Materials 20 İyun 2023 13:09 (UTC +04:00)
Daha bir dövlət qurumunun iş strukturu dəyişir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin iş strukturu, fəaliyyətində dəyişikliklə bağlı layihə hazırlanır.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, həmin mərkəz idxalçıların və gömrük komitəsinin dərman anbarlarının zəruri tələblərə cavab verib-verməməsinin monitorinqini aparacaq.

Nazir müvaini bildirib ki, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi qanunvericilikdə öz əksini tapmalıdır. “Hər dərman idxalı partiyası nazirliyin müvafiq qurumu tərəfindən müayinə olunacaq. Elektron təqib və elektron reseptlə dərman vasitələrinə nəzarət sistemini təmin edə biləcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti