...

Bu gün neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?

Cəmiyyət Materials 20 İyun 2023 16:35 (UTC +04:00)
Bu gün neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 76 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 17, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 305, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 267 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti