...

Daşkəsən və Gədəbəydən sel keçir - FAKTİKİ HAVA

Cəmiyyət Materials 20 İyun 2023 16:47 (UTC +04:00)
Daşkəsən və Gədəbəydən sel keçir - FAKTİKİ HAVA

Bakı. Trend:

İyunun 20-si saat 16:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonundan axan Dəstəfurçaydan və Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti