...

ABŞ səfirliyi Müstəqillik Gününü qeyd edib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2023 09:25 (UTC +04:00)
ABŞ səfirliyi Müstəqillik Gününü qeyd edib (FOTO)

Bakı. Trend:

Müvəqqəti işlər vəkili Hüqo Qevara və ABŞ-nin Bakıdakı səfirliyi bu axşam ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulunun 247-ci ildönümünə həsr olunmuş tədbirdə qonaqları qarşılayıb. Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də xarici diplomatların və media nümayəndələrinin iştirak etdiyi ənənəvi 4 iyul qəbul mərasimi Amerikanın mədəni landşaftının müxtəlifliyini və ABŞ-Azərbaycan əməkdaşlığının canlı, çoxşaxəli olduğunu nümayiş etdirən Amerika boyu səyahətlərin qonaqlar tərəfindən kəşf olunmasına həsr edilmişdir.  

Bu ilki tədbirin mövzusu Amerika Birləşmiş Ştatlarının zəngin coğrafi və mədəni müxtəlifliyinin simvolu olan Nyu York, Las Veqas, Yeni Orlean və San-Fransisko şəhərlərini özündə əks etdirən Amerika Yol Səyahətidir.  Qonaqlar bu şəhərlərdən yemək və içki nümunələri götürüb, orada yaşayan amerikalıların adət-ənənələri və mənzərələri ilə tanış olaraq bu zəngin müxtəlifliyi birinci əldən yaşadılar.  

Müvəqqəti işlər vəkili Qevara tədbirin rəsmi şəkildə açılışını edərək qonaqlara dedi: “Millətimiz ilk dəfə 247 il əvvəl müstəqilliyini elan edəndə dünyanın uzaq bir küncündə yerləşən 13 kiçik ştatın ətraf ölkələr üçün əsas dost və tərəfdaş olacağını çox az adam təsəvvür edə bilərdi. Gücümüz və inamımız artdıqca, Birləşmiş Ştatlar dünyada müsbət qüvvə olmağa qərar verdi”.  

Fəxri qonaq qismində Azərbaycan hökumətini təmsil edən maliyyə naziri Samir Şərifov Amerikanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı. Azərbaycan Musiqi Akademiyasının xorunun ifasında Amerika və Azərbaycanın dövlət himnləri səsləndirilib.  

2023-cü il Müstəqillik Günü qeyd edilməsi səfirliyin regional sülh və sabitliyin əldə olunması, Avropanın enerji təhlükəsizliyinin təşviqi, ikitərəfli ticarət və investisiyaların genişləndirilməsi, insanlar arasında əlaqələrin qurulması, təhsil və ingilis dili imkanlarının genişləndirilməsi, transmilli təhdidlərlə mübarizə kimi sahələrdə Azərbaycanla əməkdaşlığa sadiqliyini vurğuladı.

Qevara deyib: “Son 30 il ərzində Azərbaycan və ABŞ bir çox sahələrdə tərəfdaşa çevrilib”.  

ABŞ səfirliyi Müstəqillik Gününün qeyd edilməsi ilə bağlı ianə verən şirkətlərə və şəxslərə öz təşəkkürünü bildirir.  Onların dəstəyi bizim 4 iyul tədbirimizin keçirilməsinin əvəzolunmaz hissəsi oldu.  Birləşmiş Ştatlar uğurlu ikitərəfli münasibətlərdə növbəti səmərəli ili qeyd etmək üçün hökumət, beynəlxalq və yerli biznes nümayəndələrini, QHT-ləri və fərdi vətəndaşları bir araya gətirməsi fürsətini yüksək dəyərləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti