...

Kənd Təsərrüfatı Nazirliyində yeni aparat rəhbəri - TƏYİNAT

Cəmiyyət Materials 4 İyul 2023 13:21 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyində yeni aparat rəhbəri - TƏYİNAT

Bakı. Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərli yeni vəzifəyə təyinat alıb.

Trend-in əldə etdiyi məlumata görə, A.Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib. O, nazirliyin aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib. O, bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti