...

Vətəndaşların özləri üçün gətirdiyi dərmanlara məhdudiyyətin qoyulması doğru deyil - Əhliman Əmiraslanov

Cəmiyyət Materials 4 İyul 2023 13:33 (UTC +04:00)

Bakı. Trend:

"Vətəndaşımız qiymət fərqinə görə və yaxud da dərmanın keyfiyyətinə şübhə ilə yanaşması səbəbi ilə xaricə gedib özü üçün dərman alıb gətirirsə, ona konkret say məhdudiyyəti qoymaq, hesab edirəm ki, doğru deyil".

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Komitə sədri Əhliman Əmiraslanov çıxışı zamanı deyib.

“O adam özü üçün aldığı dərmanı aptekə vermir ki, ya satmır ki. Belə hal ola bilərsə, bununla bağlı xüsusi araşdırma aparılmalıdır. Lakin hansısa şəxsin ölkəyə özü üçün gətirdiyi dərmana say məhdudiyyəti qoymaq doğru deyil”, - deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti