...

Kamal Abdulla Əlcazairin Naama Universitet Mərkəzinin rektoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 18 İyul 2023 12:01 (UTC +04:00)
Kamal Abdulla Əlcazairin Naama Universitet Mərkəzinin rektoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

İyulun 17-də Azərbaycan Dillər Universitetində Əlcazairin Naama Universitet Mərkəzinin rektoru Səfi Həbiblə görüş olub. Görüşdə universitetlər arasında əməkdaşlıq imkanlarının mövcudluğundan danışılıb.

Qeyd olunub ki, ADU-ya səfər öz əhəmiyyətinə və vacibliyinə görə fərqlənir. Səfərin məqsədlərindən danışan qonaq yeni əməkdaşlıq müqavilələrin bağlanmasından və müəllim-tələbə mübadiləsindən söhbət açıb.

Qonaq təmsil etdiyi universitetin fəaliyyət prinsipləri və mexanizmləri haqqında məlumat verib.

Naama Universitet Mərkəzində xarici dillərin öyrənilməsində yeni metod və yanaşmalardan istifadə olunur. Həmçinin ikili diplom layihəsindən danışan qonaq təhsil strukturundakı müasir tətbiqetmədən söhbət açıb.

Görüş zamanı elmi tədqiqat, elmi jurnalların çapı və birgə tədqiqatı məsələləri müzakirə olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonağa məlumat verib.

Qeyd olunub ki, qarşılıqlı şəkildə öyrənmə və təbliğetmə imkanları müsbət nəticələrini verməkdədir. Bunun nəticəsində ADU bu yaxınlarda QS beynəlxalq reytinq cədvəlində 1600 universitet arasında Müasir dillər üzrə 300-cü yeri tutmuşdur.

Görüş gələcək elmi əməkdaşlıq imkanları və perspektivləri ətrafında müzakirələrlə davam edib.

Daha sonra rektoru Səfi Həbib Azərbaycan Dillər Universiteti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti