...

Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır - Kamran Əliyev

Cəmiyyət Materials 20 İyul 2023 16:11 (UTC +04:00)
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır - Kamran Əliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Heydər Əliyev İli” çərçivəsində Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluq tərəfindən təşkil edilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb.

"1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyuldu", - deyə Baş prokuror vurğulayıb.

Baş Prokuror bildirib ki, bu gün ölkədə müstəqil, güclü, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti