...

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi oldu

Cəmiyyət Materials 20 İyul 2023 16:46 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi oldu

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşı Fərahim Hacıyev III “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Trend xəbər verir ki, qrupun Maliyyə Nəzarət şöbəsinin rəhbəri vəzifəsini icra edən Fərahim Hacıyev 14 minə yaxın iştirakçının müraciət etdiyi müsabiqədə 22 nəfər qalibdən biridir.

Fərahim Hacıyev dövlətin xarici ölkədə təqaüd proqramını qazanaraq bakalavr təhsilini Böyük Britaniyanın Mançester Universitetində “Mühasibat Uçotu” üzrə alıb. O, təhsildə uğurlarına görə Prezident təqaüdünə layiq görülüb.

Fərahim Hacıyev 2020-ci ildən karyerasını Veysəloğlu Şirkətlər Qrupunda davam etdirir.

Dayanıqlı inkişafı dəstəkləyən Veysəloğlu Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qalibləri siyahısındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti