...

Yevlaxda torpaq kanal beton üzlüyə alınır

Cəmiyyət Materials 24 İyul 2023 01:15 (UTC +04:00)
Yevlaxda torpaq kanal beton üzlüyə alınır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Yevlax rayonunda Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılmasının vaxtında həyata keçirilməsi üçün meliorativ tədbirlər ilin əvvəlindən etibarən davam edir.

Trend xəbər verir ki, əkin sahələri 2 üsulla, mexaniki və özü axımla suvarılır. Özü axımla 29496 hektar, mexaniki üsulla isə 12901 hektar. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. İdarənin balansında 81 km-ə yaxın beton kanal, 112 km nov kanal, 1015 km torpaq kanallar, 1313 km kollektor-drenaj şəbəkəsi və onlar üzərində 3847 ədəd müxtəlif tipli hidrotexniki qurğular, 92 ədəd subartezian və 5 ədəd artezian quyuları, 612 hektar meşə zolaqları mövcuddur. Hazırda Aran qəsəbəsi ərazisində olan torpaq məcralı kanalın beton üzlüyə alınması işləri həyata keçirilir ki, bu da su itkisinin qarşısının alınması istiqamətində mühüm bir addımdır.

Əkin sahələrini mütəşəkkil, vaxtında və normalara uyğun suvarma suyu ilə təmin etmək məqsədilə 2023-ci ilin iki rübü ərzində bir sıra işlər görülüb. Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 140 km uzunluğunda, kollektor-drenaj sistemində isə 95 km uzunluğunda lildən təmizləmə işləri yerinə yetirilərək su ötürücülüyü yaxşılaşdırılıb. Ümümilikdə idarənin öz gücünə 595 min m3 həcmində lildən təmizləmə işləri yerinə yetirilib.

Qeyd edək ki, Yevlax Suvarma Sistemləri İdarəsi Yevlax rayonun 42397 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı və subartezian quyularıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti