Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə I turla tələbə qəbulu 95,2% olmuşdur. Magistr adı qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, onlar bakalavr biliklərini ali təhsilin magistr səviyyəsi üzrə daha da təkmilləşdirib vətənimizin çiçəklənməsi və inkişafı uğrunda çalışacaqlar. Bu ilki imtahanlarda uğur qazana bilməyən məzunlara demək istərdik ki, oxumaq heç vaxt gec deyil. Onların öz biliyini daha da dərinləşdirərək, növbəti qəbul imtahanlarında uğur qazanacağına ümid edirik.
2018-2019-cu tədris ilində 71%, 2019-2020-ci tədris ilində 74%, 2020-2021-ci tədris ilində 84,2%, 2021-2022-ci tədris ilində 88,7%. 2022-2023-cü tədris ilində isə magistr səviyyəsi üzrə qəbul 95,2 % təşkil edib. Görünən odur ki, Universitetimizdə müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər, hörmətli rektor akademik Kamal Abdullanın göstərdiyi qayğı nəticəsində tələbə qəbulunun sayı ildən-ilə artır.
ADU kollektivi hər il olduğu kimi yenə də təlim fəaliyyətini mükəmməl təşkil etmiş, təlimə olan motivasiyanı qoruyub saxlamağa nail olmuşdur. Azərbaycandan ilk dəfə ali təhsil müəssisəsi QS(QS World University Rankings by Subject 2023) sahələr üzrə dünya universitetlərinin “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olmuşdur. İkili diplomlar, xarici ölkələrdə tələbə mobilliyi, tərcümə proqramları, inkluziv təlim üzrə peşəkar hazırlıqlar, yüksək bilik və bacarıqlı akademik və professor heyətinin ustad dərsləri Universitetimizə olan marağı daha da artırır. Hətta bəzi ixtisaslara maraq demək olar ki, azalmışdı. Lakin bu il həmin ixtisaslara da məzunlar maraq göstərmişlər.
Bütün bunlar təqdim olunan ixtisaslar üzrə həm tədris
planlarının mükəmməl tərtib edilməsi, keçirilən dərslərin
keyfiyyəti, həm də professor-müəllim heyətinin peşəkar kadrların
hazırlanması istiqamətində əzmlə çalışması deməkdir. Eyni zamanda
universitetimizdə magistr səviyyəsi üzrə əcnəbi tələbələr də təhsil
almağa böyük maraq göstərirlər və nəticələr bizi daha da
ruhlandırır. ADU-da əmək bazarındakı dayanıqlığın təmin olunması
istiqamətində daima zəruri addımlar atılıb. Belə ki, hər tədris
ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar
tələbələrin seçiminə verilib. Həmçinin, bu tədris ilində də bir
neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi
100% təşkil edib.
Azərbaycan
Dillər
Universiteti
Magistratura
şöbəsinin
müdiri
Pedaqoji elmlər
üzrə
fəlsəfə
doktoru, dosent Firuzə
Rzayeva