...

Səudiyyə Ərəbistanı Azərbaycana yeni səfir təyin etdi

Cəmiyyət Materials 3 Avqust 2023 11:47 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Azərbaycana yeni səfir təyin etdi

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana yeni səfir təyin edib.

Trend xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” nəşri yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Azərbaycana Essam bin Saleh Əl-Cutaylini yeni səfir təyin edib. Səudiyyə Ərəbistanı hökumətinin yeni təyin etdiyi səfirlər Kral Salman bin Əbdüləziz Əl Səudun qarşısında and içiblər.

Qeyd edilir ki, Bruney, Yeni Zelandiya, Avstriya, Venesuela, Tanzaniya və Türkiyəyə də yeni səfirlər təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti