...

Şəmkirdə ağır qəza - 16 yaşlı yeniyetmə öldü

Cəmiyyət Materials 7 Avqust 2023 14:06 (UTC +04:00)
Şəmkirdə ağır qəza - 16 yaşlı yeniyetmə öldü

Bakı. Trend:

Şəmkir ağır qəza baş verib.

Trend xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən ölüb. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti