...

Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımov həbs edilib - Qubad İbadoğlunun işinə görə

Cəmiyyət Materials 8 Avqust 2023 17:36 (UTC +04:00)
Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımov həbs edilib - Qubad İbadoğlunun işinə görə
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımovun barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Fazil Qasımovun barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fazil Qasımova Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilib.

Qeyd edək ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək, DİN əməkdaşları tərəfindən həbs olunaraq, istintaqa təhvil verilib.

Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti