...

Veysəloğlu Şirkətlər Qrupu bölgələrdə soyuq anbarlarının sayını artırır (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2023 11:33 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupu bölgələrdə soyuq anbarlarının sayını artırır (FOTO)

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehlakçıları yerli və təbii məhsullarla təmin etmək üçün fermerlərlə birbaşa əməkdaşlığı genişləndirir. Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsü təsərrüfatların inkişafını stimullaşdırmağa, idxal məhsullardan asılığı azaltmağa və kiçik sahibkarları dəstəkləyərək, ölkəmizdə dayanıqlı inkişafa töhfə verməyə xidmət edir.

VŞQ ölkənin önəmli istehsal bölgələrində soyuq depolarının sayını artırır. Mingəçevir və Salyanla yanaşı, artıq Xaçmaz bölgəsində də saxlama məntəqəsi yaradılıb və pomidor istehsalçıları ilə əldə edilən razılaşmaya əsasən, məhsul yığımına başlanılıb. Hazırda saxlama məntəqəsində toplanan məhsulların qısa zamanda qablaşdırılıb soyuq zəncir prosesinə uyğun olaraq “Araz” supermarketlər şəbəkələrinə çatdırılması üçün infrastruktur yaradılır.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının bölgələrdə qəbuluna ötən il “Şəmkir Aqroparkı”nda başlanıb. Aqroparkda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı fermerlerin işini asanlaşdırıb. Bölgədəki fermerlərin məhsulları yerində alınıb, “AVT Logistics” şirkətinə məxsus soyuduculu tırlar ilə gündəlik olaraq mağazalara çatdırılır.

“Növbəti hədəflərdən biri də Salyan anbarındakı fəaliyyəti genişləndirməkdir. Bu bölgədə xüsusən qış mövsümündə mandarin, portağal, feyxoa, kinkan, limon kimi məhsulların birbaşa istehsalçılardan alınmasını təmin etmək üçün fəaliyyətimiz davam edir. Əsasən yerli kartof almaq üçün Tovuz, İsmayıllı, Qazaxda birbaşa fermerlərlə razılaşmalı əkin həyata keçirilir və bu məhsulların yüksək texnoloji kartof saxlama depolarında mühafizə edilərək, keyfiyyətli şəkildə alıcılara çatdırılması planlaşdırılır”, - deyə Qrupun meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan vurğulayıb.

Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribüsiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə "Deloitte" şirkətinin təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsinin qaliblərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti