...

Diplomatik korpus üzvləri Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2023 11:34 (UTC +04:00)
Diplomatik korpus üzvləri Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayır.

Trend xəbər verir ki, nümayəndə heyətinə rəhbərliyi Hikmət Hacıyev edir.

Məlumata görə, nümayəndə heyəti ilk olaraq ermənilər tərəfindən dağıdılmış Ağdam-Bərdə yolunun Baş Qərvənd kəndi ərazisindən keçən vaxtilə ermənilərin dağıtdığı Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar.

Qeyd edək ki, səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti