Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının
daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528
torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi
kimi müəssisə dövlət qeydiyyatına alınıb.
Trend bu barədə
Naxçıvan Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadən
xəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan qeyri-yaşayış binalarınının sayında 43,3 faiz, torpaq sahələrinin sayında 0,7%, fərdi yaşayış və bağ evlərinin sayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9 faiz artım olub.