Bakı.Trend:
2024-cü ildə 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.
Trend xəbər verir ki, bu barədə “Azərbaycanda hüquqpozmalar” statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, ötən il ərzində 3 209 nəfər 2 ilə qədər, 3 770 2 ildən 5 ilə qədər, 1 921 5 ildən 10 ilə qədər, 366 nəfər isə 10 ildən 20 ilə qədər müddətə həbs edilib.
Qeyd edək ki, 2023-cü ildə bu göstərici 5 nəfər olub.