...

“Podul” qasırğası Tayvanın cənubunu vurub

Dünya xəbərləri Materials 14 Avqust 2025 00:10 (UTC +04:00)

Bakı. Trend:

Çərşənbə günü “Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Məlumata əsasən, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb ki, “Podul” cənub-şərqdəki Taytun şəhərini vurub, adanın cənub qurtaracağından keçib və təxminən üç saat sonra Tayvan boğazına daxil olub.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti