Bakı. Trend:
Ötən il turizm məqsədilə Azərbaycana gələn əcnəbi turistlərin turizm məqsədilə çəkdiyi xərclər 3,4 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 964,3 milyon manat və ya 39,5% çoxdur.
Eyni zamanda ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərclər isə 2,2 milyard manat təşkil edib.
Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 725,8 milyon manat və ya 48,6% artım deməkdir.