...

Culfa və Ordubada yeni prokurorlar təyin edildi

Cəmiyyət Materials 21 Avqust 2023 16:14 (UTC +04:00)
Culfa və Ordubada yeni prokurorlar təyin edildi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluqda yeni təyinatlar olub.

Trend-in məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Kərimli buna təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti