...

Xəzər dənizinin neftlə çirklənməsi aşkarlandı

Cəmiyyət Materials 21 Avqust 2023 20:00 (UTC +04:00)
Xəzər dənizinin neftlə çirklənməsi aşkarlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib:

“Neft ləkəsinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti