...

Yayda insanlar ən çox bu xəstəliklərdən əziyyət çəkir

Cəmiyyət Materials 22 Avqust 2023 14:20 (UTC +04:00)
Yayda insanlar ən çox bu xəstəliklərdən əziyyət çəkir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Havaların isti keçməsi insanları soyuq qidalardan və sudan istifadə etməyə məcbur edir ki, bu da bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeskionist Mərdan Əliyev bildirib ki, hazırda baş verən xəstəliklərin çoxu angina, faringit, sinusitlərdir.

“Bunlar da bakterial infeksiyalardır və daha çox soyuq qidalardan, soyuq sulardan istifadə nəticəsində yaranır. Bunun da əsas simptomları qızdırma, öskürək, boğaz ağrısı, burun axıntısı, gözlərin qızarması ola bilər.

Digər tərəfdən, mədə-bağırsaq pozğunluqlarına rast gəlirik və bu da isti havalarda qidaların düzgün saxlanılmaması nəticəsində baş verir”, - deyə o qeyd edib.

M.Əliyev əlavə edib ki, hazırda hansısa bir virusun geniş yayılması hallarına rast gəlinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti