...

Daşaltı şəhidi 31 ildən sonra Xızıda dəfn olundu (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2023 13:55 (UTC +04:00)
Daşaltı şəhidi 31 ildən sonra Xızıda dəfn olundu (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızıda dəfn olunub.

Trend xəbər verir ki, şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti