...

Azərbaycanda çaylarda suyun səviyyəsi artıb

Cəmiyyət Materials 28 Avqust 2023 00:14 (UTC +04:00)
Azərbaycanda çaylarda suyun səviyyəsi artıb

Bakı. Trend:

Çaylarda suyun səviyyəsi artıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

"Xəbər verildiyi kimi, avqust ayının 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb. Ən çox yağıntı Qax, Şəki, Qəbələ rayonlarının ərazisində qeydə alınıb. Eyni zamanda Tərtərdə, bəzi Mərkəzi Aran rayonlarında, Quba-Xaçmaz, Lənkəran-Astara bölgəsində yağış yağıb. Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb. Ən çox artım, Göyçay və Türyançay çaylarında olub. İntensiv yağışlar nəticəsində Göyçay rayonun Qaraməryəm kəndi ərazisində yamaclardan gələn sular sel əmələ gətirib", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti