Bakı. Trend:
Avqustun 26-da günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış hazırda bir sıra fəsadlar törədib. Sel əsasən rayonun Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabaqqal və Bığır kəndlərində fəsadlar törədib.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Trend-ə bildirib ki, seldən ziyan çəkən kəndlərdə işıq verilməsi bərpa olunub.
Qazın və içməli suyun verilməsi istiqamətində işlər aparılır. Bu gün axşam saatlarına doğru Aşağı Qaraməryəmdən kəndindən başqa digər kəndlərin qazla təminatı mümkün olacaq.
İ. Vəliyev qeyd edib ki, Aşağı Qaraməryəmdə körpü uçub.
"Hazırda həmin ərazidə müvəqqəti körpü salınması üçün iş aparılır. Sel nəticəsində ən çox ziyan çəkən Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda selin rayona vurduğu ziyanın həcmi hesablanır", - deyə icra müavini vurğulayıb.