...

“Məqsədimiz dünya brendlərinin Azərbaycanın istənilən nöqtəsində əlçatan olmasıdır”- Müsahibə

Cəmiyyət Materials 31 Avqust 2023 10:50 (UTC +04:00)
“Məqsədimiz dünya brendlərinin Azərbaycanın istənilən nöqtəsində əlçatan olmasıdır”- Müsahibə

Bakı. Trend:

“Veysəloğlu Distribusiya” şirkətinin Azərbaycana gətirdiyi şirniyyat və heyvan yemləri kateqoriyaları məhsullara tələbat hər gün artır.

Bu gün Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunun ən iri holdinqlərindən biridir. Veysəloğlu Şirkətlər Qrupuna pərakəndə istehsalat, logistika və idxal üzrə əhalinin əlçatan qiymətlə zəruri ərzaq məhsulları və digər ilkin tələbat malları ilə təmin edilməsinə xidmət göstərən bir sıra şirkət və firmalar daxildir.

1994-cü ildə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” satış-distribusiya şirkəti təsis edilib. İrimiqyaslı Veysəloğlu holdinqinin inkişafı və təşəkkülü məhz bu şirkətdən başlayıb. Hal-hazırda distribusiya üzrə aparıcı mövqelərdən birini tutan şirkət Azərbaycanda tanınmış dünya brendlərinin məhsullarının satışını həyata keçirir. “Veysəloğlu Distribusiya” şirkətində 2500-ə yaxın əməkdaş çalışır. 1997-ci ildən başlayaraq şirkət 150-dən çox istehsalçı ilə tərəfdaşlığı sayəsində fəaliyyətini genişləndirmək naminə ölkədə bir çox məşhur dünya brendinin nümayəndəliklərini açmış və bu gün 10 000-dən artıq satış məntəqəsində 3500-dən çox adda məhsulun distribusiyasını həyata keçirir. Şirkətin baş ofisi Bakıda yerləşir, regional ofisləri isə Mingəçevir və Salyanda fəaliyyət göstərir.

Qeyd edək ki, “Veysəloğlu Distribusiya” şirniyyat və heyvan yemləri (Pet-food); qastronom və dondurulmuş məhsullar; təmizlik və şəxsi gigiyena vasitələri; içkilər (alkoqollu və alkoqolsuz) kateqoriyalarından olan malların distributorudur.

İlk olaraq şirkətin birinci kateqoriya – şirniyyat və heyvan yemləri (Pet-food) üzrə fəaliyyəti ilə bağlı şirkətin “Şirniyyat və heyvan yemləri” kateqoriyasının direktoru Elvin Abdullayev ilə söhbət etdik. O, ölkədə şirkətin xətti ilə təqdim olunan qlobal brendlərə cavabdehdir.

E.Abdullayevin sözlərinə görə, “Veysəloğlu Distribusiya” şirkəti Cənubi Qafqazda yerləşən ən iri logistika mərkəzlərindən birinə sahibdir.

“Biz elan olunmuş tenderin nəticələri və bir sıra tələblər əsasında müqavilə bağlayan şirkətlərlə işləyirik. Bu tələblərə anbar sahələrinin, müvafiq logistikanın və satış məsələləri üzrə ciddi komandanın olması və s. aiddir”, – deyə “Veysəloğlu Distribusiya” şirkətinin nümayəndəsi bildirmişdir.

-“Veysəloğlu Distribusiya” hansı ölkələr ilə əməkdaşlıq edir?

- Avropa ölkələri, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrlər ilə əməkdaşlıq edirik.

- Şirkətinizin şirniyyat kateqoriyasından olan malların aktiv surətdə irəlilədilməsi sahəsində Azərbaycanda fəaliyyəti haqqında danışardınız.

- Mövcud olduğu ilk gündən etibarən şirkət Türkiyədən şirniyyat və peçenyelərin idxalını həyata keçirməyə başlayıb. Bu gün biz eksklüziv yanaşma tələb edən şirkətlərlə işləyirik. Hal-hazırda Azərbaycanda bütün partnyor brendlərdən şirniyyatların çeşidi təxminən iki min növ təşkil edir.

Biz bu gün mağazalarımızda satılan bu kateqoriyaya aid demək olar ki, əksər məhsulların distributoruyuq.

- Şirkət hal-hazırda şirniyyat istehsal edən hansı dünya brendləri ilə əməkdaşlıq edir?

- Biz dünyada keyfiyyəti və çeşid sayı ilə əhalinin rəğbətini, inamını qazanmış brendlərə üstünlük veririk. Ona görə də gəlin qısa da olsa, onlardan bir neçəsinin üzərində dayanaq.

Nestle – demək olar ki, bütün kateqoriyaların – pet-food, şokolad, qəhvə, hazır səhər yeməkləri, uşaq qidası və bir çox başqa məhsulların təmsil olunduğu dünya nəhəngidir.

Mars — Amerikanın şokolad batonları, o cümlədən çəki ilə satılan batonları, ev heyvanları üçün yem, saqqız istehsal edən şirkətidir. Bu iri şirkətlə biz 2020-ci ildən əməkdaşlıq edirik.

ETİ – Türkiyənin Popkek, Adicto, Tutku, Cici Bebe və s. bu kimi şirniyyatlarının, şokoladların istehsalçısıdır.

Şölen – Türkiyənin Ozmo və Biscolata kimi şokolad və şirniyyatlarının istehsalçısıdır.

Haribo – dünyada çox tanınan jeleli konfetlər və hamının sevdiyi marşmelou brendidir.

Ulduz – Azərbaycan brendi, Cənubi Qafqazda ən iri qənnadı istehsalçılarından biridir. Bu brend Veysəloğlu Şirkətlər Qrupuna daxildir.

Loacker – İtaliyanın vafli, şokolad və s. məhsulların istehsalı üzrərində ixtisaslaşan qənnadı şirkəti. Bu, demək olar ki, premium sinfə aid məhsullardır.

Nati – yerli vafli istehsalçısıdır.

Orion – şirniyyat şirkətidir. Çoxlarının tanıdığı və sevdiyi məşhur Choco Pie bu şirkətə məxsusdur.

Perfetti Van Melle — İtaliyanın qənnadı məmulatlar və saqqız istehsalı şirkətidir. Chupa Chups sorma konfetlərinin, həmçinin Mentos çeynənən drajelərinin dadına baxmayan və tanımayan yoxdur.

Спартак — Belarusda ən iri qənnadı məmulatları istehsalçısı.

Storck — Almaniyanın qənnadı məmulatlar, məsələn, Mamba çeynəmə konfetləri, həmçinin qutu və plitka formasında Merci məhsullarının istehsalçısıdır.

Sweet Рlus – vafli, peçenye və şokolad istehsalçısıdır.

- Azərbaycanda hansı məhsullar daha çox populyardır?

- Biz həm impulsiv məhsulları – “Gördün, aldın, yedin və getdin, həm də “Take home”– “Gördün, aldın və evdə istifadə etdin” seriyasından məhsulları satırıq. İkinci kateqoriyaya çəki ilə satılan konfetləri və ya qutuda şokolad konfetlərini aid etmək olar.

- Şirkət qiymət diapazonu baxımından fəaliyyətini hansı istehlakçı kateqoriyasına yönəldir?

- Şirkətimizin məqsədi dünya brendlərinin Azərbaycanın istənilən nöqtəsində əlçatan olmasıdır. Əlbəttə ki, hansı kateqoriyadan mal seçəcəyinə istehlakçı özü qərar verir – ekonom yoxsa premium. Bizim vəzifəmiz qiymətlərin əlçatan, çeşidin isə geniş olmasına imkan yaratmaqdır.

- Ev heyvanları üçün yem – Pet-food - haqqında nə deyə bilərsiniz?

- Qeyd etmək istərdim ki, biz Azərbaycana yalnız itlər və pişiklər üçün hazır yem gətiririk. Söhbət quru və yaş yem növlərindən gedir.

- Gələcəkdə çeşidin və tərəfdaş şirkətlərin sayının genişləndirilməsi ilə bağlı planlarınız varmı?

- Hazırda biz yaxın gələcəkdə bazarda akvarium balıqları və quşlar üçün yem və aksesuarların olması üzərində işləyirik. Keyfiyyətli və əlçatan məhsulların axtarışındayıq.

- Bizim bazarda ev heyvanları üçün hansı yem (Pet-food) istehsalçıları təmsil olunub?

- Mənim özümün iki itim var. Əvvəllər yemi Gürcüstandan sifariş edirdim və aylarla gözləməli olurdum. Bir neçə il əvvəl şirkətimiz ev heyvanları üçün hazır yemlərin hər yerdə olması üzərində işləməyə başladı. Hazırda isə biz ixtisaslı mağazalarda, marketlərdə və supermarketlərdə həmin məhsulların distribütoruyuq. Bizim çox geniş çeşidlərimiz var - Nestle məhsulları – Purina, Felix, Darling, Dogcow; Mars məhsulları – Pedigree, Chappie, Kitekat.

Ötən il biz Josera adlı alman brendi ilə əməkdaşlığa başlamışıq. Türkiyə istehsalçıları olan Atak Pet Food, BestРet ilə müqaviləmiz var. Bundan başqa, biz uzun illərdir ki, Türkiyənin Dardanel şirkəti ilə əməkdaşlıq edirik. Onlar da itlər və pişiklər üçün konserv istehsalına başlayıb.

Qruplaşdırmadan danışarkən qeyd etmək lazımdır ki, bizim çeşiddə superekonomdan Holistic sinfinə aid məhsullar təqdim olunub. Holistic - ət və balığın miqdarının 70%-ə, zülalın miqdarının isə 30%-ə çatdığı qidadır. Başqa sözlə desək, bu, insanların qidada qəbul etdiyi, lakin ev heyvanlarının böyüməsi və inkişafı üçün lazım olan mineral və vitaminlər əlavə olunmuş məhsullardır.

Belə ki, bu gün ev pişikləri və ev itlərinin sahibləri yem almaqda əziyyət çəkmir, çünki həmin məhsullar artıq həm mövcudluq, həm də qiymət baxımından əlçatandır. Məsələn, əgər ev heyvanları üçün paketlərdə olan yaş yem və ya ekonom səviyyəli konservləşdirilmiş yem 80 qəpikdirsə, ən bahalı yemlər isə bir manata yaxındır.

- Son vaxtlar Azərbaycanda ev heyvanları saxlayan ailələrin sayında artım müşahidə olunur. Bu heyvanlar üçün yemin satışına nə dərəcədə təsir göstərib?

- Pandemiyadan əvvəl evlərdə heyvan saxlayan az idisə, pandemiya vaxtı və pandemiyadan sonra evdə heyvan saxlamaq qərarına gələn insanların sayının hiss olunacaq dərəcədə artması müşahidə olunur. Bu tendensiya bütün dünyada qeydə alnıb. Müvafiq olaraq, ev heyvanları üçün yemə tələbat da artıb.

- Heyvanları ev yeməklərinin qalıqları ilə deyil, hazır yemlə qidalandırmaq nə dərəcədə vacibdir?

- Təəssüf ki, Azərbaycanda iti və pişiyi ev yeməkləri ilə qidalandırmaq ənənəyə çevrilmişdir, bu da mənfi nəticələrə gətirib çıxarırdı. Məsələn, heyvanlara toyuq sümüyü vermək olmaz, çünki sümük itlərin və pişiklərin daxili orqanlarını zədələyə və ölümə səbəb ola bilər. Bundan başqa, belə qidada zəruri vitamin və minerallar yoxdur, hazır yemdə isə bunların hamısı var. Həm də hazır yemlərdən istifadə etmək çox rahatdır, çünki vaxta qənaət edilir, bizim sürətli həyat ritmində isə bu, çox vacibdir. Bakıda insanlar bunu anlamağa başlayıb, paytaxtdan kənarda isə vəziyyət bir qədər fərqlidir.

- Yaxın zamanlarda mağazalarımızın rəflərində nələri görə bilərik?

- Yaxın zamanlarda mağazalarımızın rəflərinə itlər və pişiklər üçün “təamlar” gətiriləcək. Söhbət əsasən məşq zamanı mükafat və ya həvəsləndirici kimi istifadə olunan yeməklərdən və sneklərdən gedir. Bundan başqa, biz hazırda Azərbaycana pişik tualeti üçün xüsusi qum gətirməyi planlaşdırırq. Yəni, vətəndaşlarımız yaxın gələcəkdə mağazalarımızda əvvəllər olmayan yenilikləri görəcəklər.

Xatırladaq ki, materialın əvvəlində qeyd olunduğu kimi, 1news.az oxuculara “Veysəloğlu Distribusiya” şirkətinin Azərbaycana idxal etdiyi hər bir ayrıca mal kateqoriyasına – şirniyyata və ev heyvanları üçün yemlərə – PetFood; qastronom və dondurulmuş məhsullara, təmizlik və şəxsi gigiyena vasitələrinə; içkilərə həsr olunmuş məqalələr silsiləsini oxucularımıza təqdim edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti