...

"Sabunçu Tibb Mərkəzi"nin şöbə müdirinin cinayət işi icraata verilib

Cəmiyyət Materials 6 Sentyabr 2023 18:05 (UTC +04:00)
"Sabunçu Tibb Mərkəzi"nin şöbə müdirinin cinayət işi icraata verilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

"Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən İlqar Qaracayevin cinayət işi icraata verilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baxılacaq cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

Xatırladaq ki, İlqar Qaracayevin işi üzrə ilkin olaraq Bakı Ağır Cinayətlər məhkəməsində baxılıb. Daha sonra məhkəmənin qərarı ilə İlqar Qaracayev barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması qanunaziddir. Bu səbəbdən cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti