...

Bakıda şagirdlərin nəticələri müəllimlərin orta sertifikasiya göstəricisinə bərabərdir - AÇIQLAMA

Cəmiyyət Materials 11 Sentyabr 2023 11:27 (UTC +04:00)
Bakıda şagirdlərin nəticələri müəllimlərin orta sertifikasiya göstəricisinə bərabərdir - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda şagirdlərin nəticələri müəllimlərin orta sertifikasiya göstəricisinə bərabərdir. Bakı məktəblərində IV siniflər üzrə monitorinqlərdə şagirdlərin nailiyyəti 0-30 olan 11 sinfin müəllimlərinin orta sertifikasiya göstəricisi 15 baldır.

Trend xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmçinin, monitorinq nailiyyətləri 30-50 bal arası olan 422 sinifdə müəllimlərin sertifikasiya nəticəsi 38,20 bal təşkil edib.

"Eyni zamanda, nailiyyətləri 50-70 bal olan 1161 sinif üzrə müəllimlərin sertifikasiya nəticəsi 44,17 bal olub", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti