Bakı. Trend:
Cari ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında 4 min yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 89,4%-i fiziki, 10,6%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.
Yanvar-avqust aylarında kommersiya qurumlarının 63%-i elektron qaydada, 37%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.