...

“Veysəloğlu” əməkdaşlarının uğur qazanan övladlarını mükafatlandırdı (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2023 15:12 (UTC +04:00)
“Veysəloğlu” əməkdaşlarının uğur qazanan övladlarını mükafatlandırdı (FOTO)

Bakı. Trend:

Hər bir övladın adına Qarabağda bir ağac əkilməsi üçün Qarabağ Dirçəliş Fonduna ianə edildi

Veysəloğlu Şirkətlər Qrupunda çalışan əməkdaşların 70 övladı 2023-cü ildə beynəlxalq və ölkədaxili yarışlarda uğur qazanıb. Onlar elm, texnologiya, şahmat və idmanın digər növləri üzrə məşhur yarışlarda iştirak edərək 90-a yaxın qızıl, gümüş, bürünc mükafatlar və müxtəlif sertifikatlar əldə ediblər.

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən əməkdaşların övladlarının qazandıqları uğurlar münasibəti ilə mükafatlandırma mərasimi təşkil edildi. Tədbirdə Qrup CEO Burak Dəniz və “OBA Market”in İdarə Heyətinin sədri Natəvan İbrahimova əməkdaşların övladlarını təbrik edərək onlara gələcək fəliyyətlərində müvəfəqiyyətlər arzu etdilər.

Əməkdaşların övladlarının hər birinin adına Qarabağda bir ağac əkilməsi üçün Qarabağ Dirçəliş Fonduna ianə edildi. Qeyd edək ki, Qrupun bu Qarabağda ətraf mühitə dəyən zərərin aradan qaldırılması istiqamətində bir töhfədir.

Veysəloğlu Şirkətlər Qrupu işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti