...

Saatlı rayonunun Qaracalar kəndində yeni məktəb binası istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2023 15:51 (UTC +04:00)
Saatlı rayonunun Qaracalar kəndində yeni məktəb binası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun 2023-2024-cü tədris ili üçün təhsil sahəsində reallaşdırdığı növbəti layihəsinin ünvanı Saatlı rayonunun Qaracalar kəndi olub. Burada Fond tərəfindən 360 şagird yerlik yeni məktəb binası inşa olunub.

Trend xəbər verir ki, üç mərtəbəli və 2 korpuslu bu təhsil ocağı da, digərləri kimi, zəruri mebel və avadanlıqlarla təmin edilib, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.

Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində nümunəvi vətəndaşa çevirir. Hər bir insanın təhsilinin əsası isə məktəbəqədər təhsil müəssisəsi və orta məktəbdə qoyulur. Elə məhz bu səbəbdən də Heydər Əliyev Fondu ölkədə bu sahənin inkişafına hərtərəfli dəstəyini göstərməklə, hər il onlarla təhsil ocağı inşa və ya əsaslı bərpa edərək istifadəyə verir.

Saatlı rayonunun Qaracalar kənd məktrəbi də Fondun həyata keçirdiyi təhsil layihələri sırasındadır.

Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq işləri görülüb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti