...

Gəncə İcra Hakimiyyəti və Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbər nümayəndələri Belarusda olub (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2023 14:33 (UTC +04:00)
Gəncə İcra Hakimiyyəti və Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbər nümayəndələri Belarusda olub (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbər nümayəndələri Belarusun Qomel şəhərinin 881 illik yubiley tədbirində iştirak ediblər.

Hər il ənənəvi olaraq təşkil olunan bayram tədbirləri 15-17 sentyabr tarixlərində, Belarunun Milli həmrəylik günlərinə təsadüf etdiyindən ayrı-ayrı ölkələrdən minlərlə qonaqlar dəvət olunur. Qomel şəhər icrayyə komitəsinin dəvəti ilə Gəncə şəhər icra hakimiyyəti başçısınən müavini Adil Tağıyev və Gəncə avtomobil zavodunun direktoru Kamran Nəzərov şəhər günləri tədbirlərinə qatılıblar.

Gəncədən olan nümayəndələr bayram günləri tədbirində Qomel şəhərinin icrayyə komitəsinin sədri Vladimir Privalovla görüşüb, Gəncə şəhər rəhbərliyinin və ictimaiyyətinin təbriklərini və xoş arzularını çatdırıblar.

Gəncə icra hakimiyyəti başçısının müavini Adil Tağıyev Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında səmimi və dostluq münasibətlərinin olduğunu xüsusi vurğulayaraq Azərbaycan-Belarus arasında qardaşlıq münasibətlərinin və iqtisadi-ticari əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib.

Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hər il artır və müəssisələrimiz arasında birgə əməkdaşlıq münasibətləri artan xətt üzrə inkişaf edir. A.Tağıyev Gəncə ilə Qomel şəhərlərinin qardaşlaşması ilə bağlı niyyət protokolunun imzalandığını və bununla da müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini qeyd edib.

Başçının müavini Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və bayram təbrikini çatdıraraq Qomel şəhərinin icrayyə komitəsinin sədri Vladimir Privalovu Gəncəyə dəvət edib.

Gəncə avtomobil zavodununun direktoru Kamran Nəzərov müəssisənin 2006-cı ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş” Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.

O vurğulayıb ki, zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir.

Görüş çərçivəsində qonaqlar bayram tədbirinə dəvət üçün öz minnətdarlıqlarını bildiriblər və xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti