...

Salyan sakinindən narkotik və avtomat götürüldü

Cəmiyyət Materials 18 Sentyabr 2023 16:56 (UTC +04:00)
Salyan sakinindən narkotik və avtomat götürüldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti