...

Keçmiş məhkum 4 kq marixuana ilə tutuldu (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2023 09:39 (UTC +04:00)
Keçmiş məhkum 4 kq marixuana ilə tutuldu (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti