Bakı. Trend:
“QS Avropa Universitetləri Reytinqləri 2024” açıqlandı.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropada 349-cu, Qərbi Asiyada 14-cü, Azərbaycanda isə 1-ci yerə yüksəldi.
“QS Avropa Universitetlərinin Reytinqi” 5-i əsas, 7-si alt olmaqla, ümumilikdə 12 indikator əsasında müəyyən edilir.
UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-cidir. Bu göstərici 144.000 akademik heyətin rəyi əsasında müəyyən edilib. “İşəgötürənlər reputasiyası” indikatoru üzrə isə UNEC Avropada 195-cidir. Bu nəticə 98.000-dən çox işəgötürənlər arasında keçirilən sorğu nəticəsində əldə edilib.