...

Milli valyutanın transsərhəd daşınması barədə qərar verilib

Cəmiyyət Materials 26 Sentyabr 2023 09:45 (UTC +04:00)
Milli valyutanın transsərhəd daşınması barədə qərar verilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nı təsdiq edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bununla da, hökumətin "Maliyyə Monitorinqi Xidmətinə ölkəyə gətirilən və yaxud ölkədən çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqında” 28 iyul 2009-cu il tarixli qərarı ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti