...

Məscidlərə təyin olunan din xadimlərinin təhsil aldıqları müəssisələr açıqlandı

Cəmiyyət Materials 6 Oktyabr 2023 12:21 (UTC +04:00)
Məscidlərə təyin olunan din xadimlərinin təhsil aldıqları müəssisələr açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə təyinat alan din xadimlərinin təhsili ilə bağlı statistik məlumatları açıqlayıb.

Trend-in məlumatına görə, Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova din xadimlərinin 131-nin ali dini, 46-sının isə orta ixtisas dini təhsil aldıqlarını bildirib.

Onun sözlərinə görə, ölkə daxilində ali dini təhsil almış şəxslərin 99 nəfəri Bakı İslam Universiteti, 12-si Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, 8-i Azərbaycan İlahiyyat İnstitutu, 1-i Qafqaz Universitetinin məzunlarıdır. Orta ixtisas dini təhsili almış şəxslərdən 17-si Əliabad İslam Kolleci, 14-ü Xosrov İslam mədrəsəsi, 8-i Şəbnəm İslam Kolleci, 7-si Şəki Pedaqoji Texnikumu, 1-i Lənkəran İslam Kollecini bitirib.

"Vəzifəyə təyin olunan din xadimlərindən 5-i Türkiyə (3 nəfər Ərciyəs Universiteti, 1 nəfər Marmara Universiteti, 1 nəfər Səlcuq Universiteti), 3-ü Rusiya Federasiyasının Dağıstan Respublikası (1 nəfər Buyraks Universiteti, 2 nəfər Dağıstan İslam Universiteti), 5-i İran İslam Respublikası (Əl-Mustafa Universiteti), 1-i Misirdə (Əl-Əzhər Universiteti) ali dini təhsil almış şəxslərdir", - şöbə müdiri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti