Bakı. Trend:
Prokurorluq orqanlarında son üç ildə müasir məzmunlu islahatlar davam etməkdədir.
Trend xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, Bu islahatlar prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir. Həm Qanunçuluq-Hüquq qaydasının möhkəmləndirilməsi, Prosesual nəzarətin keyfiyyətinin daim təkmilləşdirilməsi, eyni zamanda İnnovativ Yeniliklər, Normativ-hüquqi bazanın sistemləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə reformalar davam edir.
"Bütün bunlar nəticə etibarı ilə - cinayətkarlığın bütün təzahürlərinə qarşı daha keyfiyyətli mübarizə tədbirlərinin görülməsi ilə nəticələnmişdir: və son dövrdə həm ötən illərdən bağlı qalmış bir sıra ağır və xüsusilə ağır qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərin aşılması istiqamətində, o cümlədən maddi ziyanın ödənilməsi, həm də prokurorluğun digər fəaliyyət istiqamətlərində əldə olunan müsbət dinamika – bunu bir daha özündə əyani şəkildə təcəssüm etdirir", - deyə H. Məmmədov əlavə edib.